Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Futbol
7 Avqust , 2018 07:50
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” komandası da bu mərhələdə ilk oyununu çıxacaq.

"Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv doğma meydanda Xorvatiya "Dinamo”su ilə üz-üzə gələcək.

Türkiyənin "Fənərbağça” komandası isə səfərdə Portuqaliyanın "Benfika” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi

7 avqust

18:00"Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya)

21:00 "Qarabağ" (Azərbaycan) - BATE (Belarus)

21:15 "Malmö" (İsveç) / "Videoton" (Macarıstan)

21:30 "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)

22:00 "Standard" (Belçika) - "Ayaks" (Hollandiya)

22:00 "Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya)

23:00 "Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə)

Son xəbərlər

Orphus sistemi