​Bu gün Çempionlar Liqasında 1/4 finalın daha 2 iştirakçısı müəyyənləşəcək

​Bu gün Çempionlar Liqasında 1/4 finalın daha 2 iştirakçısı müəyyənləşəcək Həlledici görüşlər İngiltərə və İspaniyada keçiriləcək
Futbol
15 Mart , 2016 08:02
​Bu gün Çempionlar Liqasında 1/4 finalın daha 2 iştirakçısı müəyyənləşəcək

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşəcək.

"Report"un məlumatına görə, 1/8 finalın cavab oyunları İngiltərə və İspaniyada keçiriləcək.

İlk görüşdə Ukraynada Kiyev "Dinamo"sunu 3:1 hesabı ilə məğlub edən İngiltərənin "Mançester Siti" klubu cütün favoriti hesab olunur. Hər iki komanda bu görüşə itkilərlə çıxacaq. Mançester təmsilçisinin heyətində Fabian Delf, Kevin de Broyn və Anxelinyo forma geyinməyəcək. Kiyev klubunun zədəliləri isə Aleksandr Rıbka, Mikola Morozyuk, Junior Moraes, Vladimir Petroviç, Burda Mikita, Sergey Myakuşko və Sergey Rıbalkadır. Görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Digər oyunda isə İspaniyanın "Atletiko" (Madrid) klubu Hollandiya PSV-sini qəbul edəcək. Bu görüşdə isə qonaqların nisbətən üstün olduğunu demək mümkündür. Çünki Hollandiyada keçirilmiş ilk görüşdə qolsuz bərabərlik qeydə alındığından qonaqlar bir qol vurarsa, Madrid komandası mütləq qələbə qazanmalı olacaq. Qollu heç-heçə PSV-ni növbəti mərhələyə çıxaran nəticə olacaq. Bu qarşılaşmada da komandalar meydana itki ilə çıxacaq. "Atletiko"nun heyətində Tyaqu Mendeş və Stefan Saviç olmadığı halda, PSV Qaston Pereyra və Simon Poulsenin xidmətindən yararlana bilməyəcək. Adı çəkilən futbolçular zədəlidir. Qarşılaşma ingiltərəli hakimlərə həvalə olunub.

Çempionlar Liqası, 1/8 final, cavab görüşləri

23:45. "Mançester Siti" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

Baş hakim: Ovidiu Alin Hetseqan (Rumıniya)

Mançester. "Etihad" Stadionu

23:45. "Atletiko" (Madrid, İspaniya) - PSV (Hollandiya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Madrid. "Visente Kalderon" Stadionu

İlk oyun: 0:0

Qeyd edək ki, 1/4 finalın digər iştirakçıları martın 16-da müəyyənləşəcək. Bundan öncə "Benfika" (Portuqaliya), "Real Madrid" (İspaniya), "Volfsburq" (Almaniya) və PSJ (Fransa) adını 8 ən güclü komanda sırasına yazdırıb.

Son xəbərlər

Orphus sistemi