Bu gün “Azərreyl” Çağırış Kubokunda Rumıniya komandasını qəbul edəcək

Bu gün “Azərreyl” Çağırış Kubokunda Rumıniya komandasını qəbul edəcək Paytaxt təmsilçisi “Ştiinta” kollektivi ilə qarşılaşacaq
Futbol
9 Yanvar , 2018 10:49
Bu gün “Azərreyl” Çağırış Kubokunda Rumıniya komandasını qəbul edəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Çağırış Kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxacaq.

“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi ilk matçda 1:3 hesabı ilə uduzduğu Rumıniyanın “Ştiinta” kollektivini qəbul edəcək.

Növbəti mərhələyə vəsiqə qazanmaq üçün “Azərreyl” 3:0 və ya 3:1 hesabı ilə üstələyərək, cütün taleyini “qızıl set”də həll etməlidir. 3:2 hesablı qələbə isə Azərbaycan komandasının mübarizə dayandırmasına səbəb olacaq.

Çağırış Kuboku

1/16 final, cavab oyunu

9 yanvar

18:00. Azərreyl (Bakı, Azərbaycan) - Ştiinta (Bakeu, Rumıniya)

Hakimlər: Teodora Kiriopulu (Yunanıstan), Milan Nikoliç (Bosniya və Herseqovina)

Bakı. Voleybol Mərkəzi

İlk oyun – 1:3

Son xəbərlər

Orphus sistemi