Yuxarı
    Bağlamaq

    Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq

    III dövrənin son oyunları Bakı və Gəncədə keçiriləcək

    Bakı. 5 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

    “Report”un məlumatına görə, III dövrənin son oyunları Bakı və Gəncədə keçiriləcək.

    Əyalətdə 17 xalla 7-ci pillədə qərarlaşan “Kəpəz” son sıradakı AZAL-ı qəbul edəcək. Gəncə təmsilçisi cari çempionatda “təyyarəçilər”lə görüşlərdə qol buraxmasa da, evdə məğlub etməyi bacarmayıb. Lakin səfərdə Julien Ebahın dəqiq zərbəsi Şahin Diniyevin rəhbərlik etdiyi kollektivə 3 xal qazandırıb.

    “Kəpəz” daha böyük tarixə malik olsa da, şəxsi görüşlərdə AZAL üstündür. Əvvəlki 18 çempionat oyununun 10-da paytaxt klubu, 4-də gəncəlilər qalib gəlib.

    III dövrənin son matçı “Neftçi” ilə “Zirə” arasında baş tutacaq. Premyer Liqada 2-ci mövsümünü keçirən qəsəbə təmsilçisi ölkənin ən qocaman klubuna uduzmayan yeganə komandadır. Üstəlik, zirəlilər cari çempionatda hər iki qarşılaşmada rəqibini məğlub edib. İlk dövrədə Vüqar Mustafayevin qolu ilə qalib gələn qonaqlar, ikinci dövrədə Yovan Krneta və Adil Nağıyevin dəqiq zərbələri ilə 3 xal əldə ediblər.

    Ümumilikdə 6 oyundan 4-də “Neftçi”ni üstələyən “Zirə” 26 xalla 4-cü sıradadır. “Ağ-qaralar” isə 20 xalla 6-cı yerdədirlr.

    Azərbaycan Premyer Liqası

    XXI tur

    5 mart (bazar)

    15:00 “Kəpəz” – AZAL

    Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov

    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

    Hakim-inspektor: Kərim Ağayev

    Gəncə şəhər stadionu

    İlk iki dövrə - 0:0, 1:0

    18:00 “Neftçi” – “Zirə”

    Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev

    AFFA nümayəndəsi: Rauf Əmirov

    Hakim-inspektor: Şaiq Həmidov

    “Bakcell Arena”

    İlk iki dövrə - 0:1, 0:2

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi