Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək "İnter" "Kəpəz"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək
Futbol
28 Oktyabr , 2017 07:35
Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir. 

“Report” xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutacaq.

İlk görüş “İnter Arena”da olacaq. Burada “İnter” “Keşlə” adı altında “siftə edəcək”. Rəqib isə sonuncu pillədə qərarlaşan “Kəpəz”dir. 

Zaur Svandadzenin rəhbərlik etdiyi kollektiv birinci dövrədə Gəncə təmsilçisini 3:2 hesabı ilə məğlub edib və bu qarşılaşmanın da favoriti hesab edilir. Hazırda 8 xalla 7-ci sırada yer alan “İnter” çempionat matçlarının balansında da rəqibindən üstündür. Bakılılar əvvəlki 27 oyundan 16-da qalib gəlib, 5-də uduzub.

Ümumiyyətlə, son 3 görüşdə meydan sahibi olan tərəf qalib gəlib. Komandalar səfər duelində 9 matçdır qələbə qazana bilmir. “Kəpəz” son 14 oyunda 1 dəfə 3 xala sevinib.

Günün digər dueli iddialılar – 19 xalla ikinci sırada olan “Qəbələ” ilə ondan bir xal və bir pillə geri qalan “Zirə” arasında reallaşacaq. Bu kollektivlərin son 3 qarşılaşmasıda heç-heçə qeydə alınıb. Qəsəbə təmsilçisi ilk dövrədə səfər oyununun 74-cü dəqiqəsində Viktor İqbekoyinin qolu ilə önə keçsə də, Cavid Hüseynov 90+1-ci dəqiqədə hesabı bərabərləşdirib.

“Zirə” 6 oyundur “qırmızı-qaralar”ı məğlub edə bilmir. “Qəbələ” isə 7 matçdır meydanı qolsuz tərk etmir. Zirəlilər əvvəlki 9 oyundan 2-də qalib gəlsə də, 3 dəfə uduzub.

Qeyd edək ki, X tura oktyabrın 29-da keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

X tur

28 oktyabr (şənbə)


15:00. “İnter” – “Kəpəz”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

“İnter Arena”

17:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Vüsal Əliyev

Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi