Bu gün Azərbaycan Premyer Liqasında növbəti turun ilk oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında növbəti turun ilk oyunu keçiriləcək "AZAL Arena"da autsayderlər üz-üzə gələcək
Futbol
2 Oktyabr , 2015 13:09
Bu gün Azərbaycan Premyer Liqasında növbəti turun ilk oyunu keçiriləcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə AZAL-la "Rəvan" üz-üzə gələcək.

"AZAL Arena"da keçiriləcək matçı Rauf Cabbarov idarə edəcək. Bu, "təyyarəçilər"in yeni mövsümdə öz meydanında ilk oyunu olacaq. Ev arenasının örtüyünün dəyişdirilmə prosesi ilə əlaqədar baş məşqçi Tərlan Əhmədovun komandası əvvəlki turlarda rəqiblərini "Dalğa Arena"da qəbul edib.

Həm AZAL, həm də "Rəvan" hazırda yaxşı vəziyyətdə deyil. "Təyyarəçilər" ilk xalını ötən tur "Sumqayıt"la səfər matçında qazanıb. "Rəvan" isə ötən turlar ərzində cəmi 2 xal yığa bilib. Meydan sahibləri qalib gəlsə, baş məşqçi Emin Quliyevin komandası turnir cədvəlinin sonuncu pilləsinə enəcək.

Azərbaycan Premyer Liqası, VII tur

2 oktyabr (cümə)

19:00. AZAL – "Rəvan”

Bakı, "AZAL Arena"

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Şahin Cəfərov

Qeyd edək ki, qalan oyunlar həftəsonu olacaq. 

Son xəbərlər

Orphus sistemi