Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək

Futbol
  • 20 oktyabr, 2018
  • 03:24
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu günfutbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.

“Report”un məlumatınagörə, komandalar Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədənsonra VIII tur çərçivəsində üz-üzə gələcəklər. Həftənin matçları iki günü əhatəedəcək.

Turunaçılış, eyni zamanda mərkəzi görüşü Qəbələdə olacaq. Burada şəhərin eyniadlı təmsilçisiilə “Neftçi” qarşılaşacaq. Son illər çempionluq uğrunda mübarizə aparanmeydan sahibləri bu mövsüm özlərinə bənzəmirlər. Komandanın 5 xalla 6-cıpillədə qərarlaşması baş məşqçi Sənan Qurbanovun istefaya göndəriləcəyi iləbağlı söhbətlərə yol açıb.

“Neftçi” isəson illər mövsümə ən yaxşı başlanğıcını edib. İtaliyalı Roberto Bordinin rəhbərliketdiyi kollektiv 19 xalla liderdir. “Ağ-qaralar” cari çempionatda “Qarabağ”labirgə "məğlubedilməzlər" ünvanını qorumaqdadır.

“Qəbələ” və“Neftçi” indiyə qədər milli çempionatlarda 41 dəfə qarşılaşıb. Bunlardan15-də əyalət təmsilçisi, 18-də paytaxt klubu qalib gəlib. Bakılılar ardıcıl 3 qələbəqazanıb və meydanı qolsuz tərk etməyib. “Qəbələ” son 5 ev oyununda qol sevinciyaşayıb.

Günün ikincimatçı çempion “Qarabağ”la “Səbail” arasında olacaq. Ağdamlılar 16 xalla 2-cipillədə qərarlaşsalar da, liderdən 1 oyun az keçiriblər. 10 xala malik "Səbail" isə “Sumqayıt”və “Sabah”la birgə 3 - 5-ci pillələri bölüşür. Qurban Qurbanovun baş məşqçi olduğukomanda bu rəqiblə əvvəlki 5 görüşün hamısında qələbə qazanıb. “Səbail” bu oyunlardaqol vura bilməyib və qapısında 7 top görüb.

Bazar günüilk matç “Sumqayıt” və “Sabah” arasında keçiriləcək. “Kapital Bank Arena” təmirdəolduğu üçün Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv debütantı “DalğaArena”da qəbul edəcək. Bu kollektivlər arasında ilk dövrədə baş tutmuş dueldəsumqayıtlılar 4:1 hesabı ilə qalib gəliblər.

Turun sonqarşılaşmasında “Keşlə” “Zirə”ni qəbul edəcək. Hər iki komanda cari mövsüməyaxşı başlaya bilməyib və son iki pilləni bölüşürlər. Qonaq klub ilk 2 turdansonra baş məşqçi postunda Ayxan Abbasovu Samir Abasovla əvəzləyib. Meydansahiblərinin rəhbərliyi isə yayda kollektivi Mladen Milinkoviçə tapşırsa da, bugedişlə serbiyalı mütəxəssislə yollar ayrılacaq.

Hazırda 2xalla sonuncu yerdə qərarlaşan “Keşlə” və 4 xalla 7-ci sıradakı “Zirə” daha əvvəl13 dəfə görüşüblər. Bu matçlardan 3-də keşləlilər, 2-də qəsəbə təmsilçiləri qalibgəliblər. Səkkiz oyunda isə heç-heçə qeydə alınıb.

“Keşlə” 3oyundur bu rəqibə uduzmur. “Zirə” son 9 matçda meydanı qolsuz tərk etməyib.

AzərbaycanPremyer Liqası

VIII tur

20 oktyabr (şənbə)

17:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: RəhimHəsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov

Hakim-inspektor:Fazil Mürşüdov

AFFA nümayəndəsi:Namiq Məstanov

Qəbələ şəhərstadionu

I dövrə -1:2

 

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: RəvanHəmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev

Hakim-inspektor:Vüsal Əliyev

AFFA nümayəndəsi:Seymur Səlimli

“AzersunArena”

I dövrə -2:0

   

21 oktyabr (bazar)


17:00. “Sumqayıt” – “Sabah”

Hakimlər:İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov

Hakim-inspektor:Rövşən Əhmədov

AFFA nümayəndəsi:Ramiz Mustafayev

“BayılArena”

I dövrə -4:1

 

19:00. “Keşlə” – “Zirə”

Hakimlər:Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu

Hakim-inspektor:Əli Hüseynov

AFFA nümayəndəsi:Erkin Hüseynov

“ASK Arena”

I dövrə -2:2 

Son xəbərlər

Bütün Xəbər Lenti