Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq

Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir saat 14:00-da başlanacaq
Futbol
13 Aprel , 2018 07:10
Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Püşk nəticəsində İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zalsburq" komandalarından 2 cütlük formalaşacaq. Bu zaman heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.

Eyni zamanda, mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək final görüşü üçün nominal ev sahibi püşk yolu ilə müəyyənləşdiriləcək.

Püşkü çəkməyə Avropa Liqasının səfiri, Fransa milli komandasının sabiq futbolçusu Erik Abidal kömək edəcək. O, kubokun təşkilatçı şəhərə verilməsində də iştirak edəcək.

Yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək.

Bu, Avropa Liqasında 2017-2018 mövsümünün son püşkatma mərasimi olacaq.

Son xəbərlər

Orphus sistemi