Yuxarı
    Bağlamaq

    Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

    Türkiyə təmsilçisi “Beşiktaş” Fransada “Lion”nun qonağı olacaq

    Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

    "Report"un məlumatına görə, turnirin qalibi 2017/2018 mövsümü üçün Çempionlar Liqasının qrup mərhəsinə birbaşa vəsiqə əldə edəcəyindən, Bakı vaxtı ilə saat 23:05-də başlayacaq qarşılaşmalar gərgin mübarizə vəd edir.

    Azərbaycanlı futbolsevərlər üçün günün ən maraqlı matçı Fransada "Lion”la Türkiyənin "Beşiktaş” klubu arasında olacaq. İstanbul təmsilçisi stabil oyun sərgiləsə də, səfərə itkilərlə yollanıb. Komandanın liderlərindən Rikardo Kuarejma və Caner Erkin zədə üzündən, Vensan Abubakar isə cəzalı olduğu üçün meydana çıxa bilməyəcək. Ona görə də "qartalalar”ın əsas hədəfi Fransada qol buraxmamaqdır.

    Turnirin favoritlərindən sayılan İngiltərə "Mançester Yunayted”i Belçikada "Anderlext”in qonağı olacaq. Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv cütün taleyini səfər qarşılaşmasında həll etməyi planlaşdırır. Lakin İngiltərə təmsilçisinin heyətində də zədəlilər çoxluq təşkil edir. Buna misal olaraq, Xuan Mata, Ueyn Runi kimi futbolçuları göstərmək olar.

    Gecənin digər iki qarşılaşması isə Hollandiya və İspaniyada keçiriləcək. "Ayaks” Almaniyanın "Şalke” komandasını qəbul edəcəyi halda, "Selta” Belçika təmsilçisi "Genk”lə üz-üzə gələcək. 

    Avropa Liqası

    1/4 final, ilk oyunlar

    13 aprel

    23:05 “Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə)

    Baş hakim: Antonio Mateu Laos (İspaniya)

    23:05 “Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya)

    Baş hakim: Sergey Karasyov (Rusiya)

    23:05 “Selta” (İspaniya) – “Genk” (Belçika)

    Baş hakim: Kleman Tyurpen (Fransa)

    23:05 “Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)

    Baş hakim: Feliks Brıx (Almaniya)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi