Yuxarı

Bu gün AVRO-2020-nin seçmə mərhələsi start götürəcək

Bu gün AVRO-2020-nin seçmə mərhələsi start götürəcək

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsi start götürəcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 10 qrupdan 4-də 10 görüş keçiriləcək. İlk matç I qrupunda Qazaxıstan və Şotlandiya yığmaları arasında olacaq. Daha sonra qrupun Kipr - San Marino qarşılaşması başlanacaq.

Qalan 8 görüş isə eyni saatda start götürəcək.

Azərbaycan millisinin yer aldığı E qrupunda daha Slovakiya - Macarıstan oyunu da keçiriləcək.

AVRO-2020, seçmə mərhələ

I tur

21 mart

I qrupu

19:00. Qazaxıstan - Şotlandiya

21:00. Kipr - San-Marino

23:45. Belçika - Rusiya

C qrupu

23:45. Hollandiya - Belarus

23:45. Şimali İrlandiya - Estoniya

E qrupu

23:45. Xorvatiya - AZƏRBAYCAN

23:45 Slovakiya - Macarıstan

G qrupu

23:45. Avstriya - Polşa

23:45. İsrail - Sloveniya

23:45. Makedoniya - Latviya

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi