Yuxarı

Bu gün 3 ölkə 2026-cı il dünya çempionatına namizədliyini rəsmən açıqlayacaq

Bu gün 3 ölkə 2026-cı il dünya çempionatına namizədliyini rəsmən açıqlayacaq
CONCACAF tarixi bəyanat verəcəyini bildirib

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ, Kanada və Meksika futbol üzrə 2026-cı il dünya çempionatına birgə namizədliklərini irəli sürəcəklər. "Report"un məlumatına görə, bu barədə CONCACAF-ın (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası) Konqresində açıqlama verilib.

Sənədlər bu gün ABŞ-ın Nyu-York şəhərində təqdim olunacaq. CONCACAF aprelin 10-da tarixi bəyanat verəcəyini bildirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda mübarizə aparacaq. Təşkilatçı ölkə və ya ölkələrin adı 2020-ci ilin mayında açıqlanacaq. Sonuncu dəfə Meksika 1986-cı, ABŞ isə 1994-cü ildə dünya çempionatı təşkil edib. Kanada isə hələ buna nail olmayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi