Yaponiya klubu koronavirusa görə bilet satışını dayandırdı

Yaponiya klubu koronavirusa görə bilet satışını dayandırdı Yaponiyanın əsas liqasında çıxış edən Konsadole Sapporo klubu koronavirusa görə yeni mövsüm üçün bilet satışlarını dayandırdığını açıqlayıb.
Futbol
21 Fevral , 2020 14:05
Yaponiya klubu koronavirusa görə bilet satışını dayandırdı
CNN

Yaponiyanın əsas liqasında çıxış edən "Konsadole Sapporo" klubu koronavirusa görə yeni mövsüm üçün bilet satışlarını dayandırdığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu addım virusun yayılmasının qarşısını almaq məqsədi daşıyır: "Hazırda çempionat rəhbərliyi və maraqlı tərəflərlə ilk ev oyununu necə keçirəcəyimizi müzakirə edirik. Məhz bu səbəbdən, fevralın 19-da başlayan bilet satışını dayandırdıq".

Qeyd edək ki, Yaponiyada yeni mövsümə sabah start veriləcək. "Konsadole Sapporo" klubu ilk ev oyununu martın 7-də "Qamba Osaka" komandasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi