Yuxarı

Britaniya müttəfiqlərini Rusiyada keçiriləcək DÇ-2018-i boykot etməyə çağırıb

Britaniya müttəfiqlərini Rusiyada keçiriləcək DÇ-2018-i boykot etməyə çağırıb
Bu ideyanı Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilər

Bakı. 11 mart. REPORT.AZ/ Böyük Britaniya hökuməti SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsinə dair işdə "Rusiya izi" sübuta yetiriləcəyi təqdirdə, Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatını boykot etməyə hazır olduğunu bildirib.

“Report” "The Times" nəşrinə istinadən xəbər verir ki, boykot mundiala yüksəkvəzifəli siyasətçi və rəsmi şəxslər tərəfindən məhəl qoymamağı nəzərdə tutur.

"DÇ-nın boykotu aydın şəkildə variantlardan biridir", - deyə nəşr mənbənin sözlərini sitat gətirir.

Nəşrin fərziyyəsinə görə, britaniyalıların ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi