Braziliyalılar klub tarixində üçüncü dəfə qitə mükafatına layiq görülüblər
Bakı. 30 noyabr. REPORT.AZ/ Braziliyanın "Qremio" klubu Argentina "Lanus"u ilə Libertadores Kubokunun final qarşılaşmalarından qalib çıxıb.
“Report” xəbər verir ki, braziliyalılar evdə 1:0 hesablı qələbə sayəsində uğur qazandıqdan sonra Argentinada keçirilən səfər matçını da 2:1 hesabı ilə üstün tamamlayıblar və tarixlərində üçüncü dəfə qitə mükafatına layiq görülüblər.
Libertadores Kuboku. Final. 2-ci matç
"Lanus" – "Qremio" - 1:2
Portu-Aleqri, Braziliya
0:1 – Fernandinyo – 27, 0:2 – Luan – 42, 1:2 – Sand – 72 (pen)