Braziliyalı futbolçu: "Süni meydanda oynamaq "Səbail" üçün üstünlükdür"

Braziliyalı futbolçu: "Süni meydanda oynamaq "Səbail" üçün üstünlükdür" “Astra” ilə müqaviləmin müddəti başa çatandan sonra mənimlə əlaqə qurdular. Baş məşqçinin məni Avropa Liqasında “Zirə” ilə oyunlardan xatırladığını bildirdilər”.
Futbol
10 İyul , 2019 10:58
Braziliyalı futbolçu: Süni meydanda oynamaq Səbail üçün üstünlükdür

“Astra” ilə müqaviləmin müddəti başa çatandan sonra mənimlə əlaqə qurdular. Baş məşqçinin məni Avropa Liqasında “Zirə” ilə oyunlardan xatırladığını bildirdilər”.

“Report” xəbər verir ki, bunu “Səbail”in yeni transferi Eriko da Silva Rumıniyanın “Fanatik” nəşrinə müsahibəsində deyib. Yay fasiləsində bu ölkənin “Astra” klubunu Bakı təmsilçisinə dəyişən 30 yaşlı braziliyalı mərkəz müdafiəçisi başqa təkliflərinin də olduğunu söyləyib.

2017/2018 mövsümündə “Astra”nın “Zirə”ni mübarizədən kənarlaşdırdığı Avropa Liqasının II təsnifat mərhələsinin hər iki matçda 90 dəqiqə forma geyinmiş "sambaçı" yekunda “Səbail”ə gəlməyə qərar verdiyini bildirib.

Da Silva “Səbail”in Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın digər təmsilçisi “Universitatya”ya rəqibi olmasını da şərh edib: “Rumıniya klubu ilə oynayacağımızı gözləmirdim. Lakin buna şadam. Krayova klubu bizimlə düşə biləcək mümkün rəqiblər arasında ən güclüsü idi. “Səbail”də xeyli dəyişiklilər olub. Fiziki baxımdan istənilən səviyyədə deyilik. Ona görə də topa nəzarət etməliyik. Amma bu, çətin olacaq”.

Braziliyalı futbolçunun sözlərinə görə, “Səbail”in ev oyunlarını süni örtüklü ASCO Arena”da keçirməsi komandası üçün üstünlükdür: “Maykl Essyen karyeram ərzində komanda yoldaşım olan ən tanınmış futbolçudur. O, təvazökar, xeyirxah və gözəl insandır. Fikrimcə, ilk oyunu evdə azarkeş dəstəyi altında keçirmək yaxşıdır. Burada yaxşı nəticə qazansaq, Krayovaya başqa strategiya ilə yollanacağıq. Süni meydanda oynamaq “Səbail” üçün üstünlükdür. Onlar bu cür qazona öyrəşiblər. Orada məşq etdim, meydanın vəziyyəti pis deyil, yaxşı futbol oynamaq olar”.

Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

Son xəbərlər

Orphus sistemi