Braziliyalı futbolçu oyun zamanı şimşək çaxmasından huşunu itirib

Braziliyalı futbolçu oyun zamanı şimşək çaxmasından huşunu itirib Bakı. 15 yanvar. REPORT.AZ/ Braziliyanın Aqua Santa klubunun futbolçusu Enrike oyun zamanı şimşək çaxmasından huşunu itirib.
Futbol
15 Yanvar , 2019 20:05
Braziliyalı futbolçu oyun zamanı şimşək çaxmasından huşunu itirib

Bakı. 15 yanvar. REPORT.AZ/ Braziliyanın "Aqua Santa" klubunun futbolçusu Enrike oyun zamanı şimşək çaxmasından huşunu itirib.

"Report" "Globoesporte"yə istinadən xəbər verir ki, hadisə gənclər arasında San-Paulu Kubokunun 3-cü turunda "Atletiko Mineyro" ilə matçda baş verib.

Qarşılaşmanın 47 dəqiqəsində ildırım çaxıb və braziliyalı oyunçu yerə yıxılıb. Klubun Mətbuat xidmətindən bildirilib ki, Enrikeni ildırım vurmayıb, sadəcə, qorxudan huşunu itirib. 

Son xəbərlər

Orphus sistemi