Braziliyada ilin sonunadək futbolda videotəkrar sistemi tətbiq olunacaq

Braziliyada ilin sonunadək futbolda videotəkrar sistemi tətbiq olunacaq Hazırda sistem sınaqdan keçirilir
Futbol
19 Sentyabr , 2017 03:37
Braziliyada ilin sonunadək futbolda videotəkrar sistemi tətbiq olunacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ Braziliyanın Futbol Konfederasiyası administrasiyası milli çempionatın son turlarında videotəkrar sistemindən istifadənin tətbiq olunması barədə qərar qəbul edib. Beləliklə, texnologiya artıq bu təqvim ilində tətbiq olunacaq.

"Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Hazırda sistem sınaqdan keçirilir, nəzəri və praktik hazırlıq gedir.

Son xəbərlər

Orphus sistemi