Braziliyada futbol matçı zamanı müdafiəçi hakimi vurub - VİDEO

Braziliyada futbol matçı zamanı müdafiəçi hakimi vurub - VİDEO Futbolçu yoldaşlarının və stadionun əməkdaşlarının müdaxiləsindən sonra meydançanı tərk edib
Futbol
6 Noyabr , 2016 22:29
Braziliyada futbol matçı zamanı müdafiəçi hakimi vurub - VİDEO

Bakı. 6 noyabr. REPORT.AZ/ Braziliya çempionatının üçüncü divizionunda keçirilən "Quarani" - "Boa" komandalarının görüşündə gərgin anlar yaşanıb.

"Report"un məlumatına görə, bu barədə Braziliyanın "Globo Esporte" portalı xəbər verib.

Məlumata görə, insident oyunun ikinci hissəsində baş verib. Belə ki, oyun zamanı rəqibinə qarşı kobudluq nümayiş etdirən "Quarani" komandasının müdafiəçisi Ferreyra ona qırmızı vərəqə göstərən hakimin qərarının ədalətsiz hesab edərək, onun sinəsinə vurub.

Üstəlik, futbolçu bundan sonra da sakitləşməyib. O, komanda yoldaşlarının və stadionun əməkdaşlarının müdaxiləsindən sonra meydançanı tərk edib.

Qeyd edək ki, oyun "Boa" komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb

Son xəbərlər

Orphus sistemi