Yuxarı
    Bağlamaq

    Braziliya yığmasında baş məşqçi təyinatı rəsmiləşib

    Tite komandanın əsas hədəfini açıqlayıb

    Bakı. 21 iyun. REPORT.AZ/ Futbol üzrə Braziliya milli komandasında baş məşqçi postuna Titenin təyinatı rəsmiləşib. "Report"un Braziliya Futbol Konfederasiyasının saytına istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssis yeni vəzifədə Dunqanı əvəzləyib.

    Dunqa Amerika Kubokunda "pentakampeonlar"ı 1/4 finala çıxara bilmədikdən sonra istefaya göndərilib. Tite isə "Korintians"la 6 dəfə çempionluq sevinci yaşayıb. O, yığmada əsas məqsədlərinin 2018-ci il dünya çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu bildirib.

    Qeyd edək ki, hazırda Braziliya millisi Cənubi Amerika zonasında keçirilən seçmə mərhələdə 9 oyundan 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb. Amma qarşıda hələ 9 tur var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi