Braziliya klubunun azarkeşlərinə stadionlara giriş qadağası qoyulub

Braziliya klubunun azarkeşlərinə stadionlara giriş qadağası qoyulub Qərara əməl etməyən azarkeşlər 6 min avro cərimələnəcək
Futbol
27 Yanvar , 2017 12:26
Braziliya klubunun azarkeşlərinə stadionlara giriş qadağası qoyulub

Bakı. 27 yanvar. REPORT.AZ/ Futbol üzrə Braziliya A Seriyasında çıxış edən "Korintians"ın 4 azarkeş qrupu cəzalandırılıb. "Report"un məlumatına görə, "Gavioes de Fiel", "Coringao Chopp", "Camisa 12" və "Pavilhao Nove" azarkeş qruplarının üzvlərinin idman fəaliyyəti ilə məşğul olan obyektlərə girişi qadağan olunub.

Qərar "Korintians" azarkeşlərinin iştirak etdiyi dava ilə bağlı məhkəmədə açıqlanıb. Bununla yanaşı, həmin qərara əməl etməyəcək hər bir azarkeş təxminən 6 min avro cərimələnəcək.

Qeyd edək ki, azarkeşlərin cəzalanması ilə bağlı qərar qəbul edən məhkəmənin hakimi Marselo Rubioli 10 gün əvvəl Rio-de-Janeyrodakı həbsxanaların birində saxlanılan 27 "Korintians" azarkeşinin sərbəst buraxılmasına qərar verib.

Son xəbərlər

Orphus sistemi