​Braziliya hökuməti Neymar və atasına qarşı ittiham irəli sürüb

​Braziliya hökuməti Neymar və atasına qarşı ittiham irəli sürüb İttiham saxta sənədlərin hazırlanması və vergilərin ödənilməməsi ilə bağlıdır
Futbol
3 Fevral , 2016 12:22
​Braziliya hökuməti Neymar və atasına qarşı ittiham irəli sürüb

Bakı. 3 fevral. REPORT.AZ/ Braziliya hökuməti İspaniyanın "Barselona" klubunun futbolçusu Neymar və meneceri olan atasını ittiham edib. "Report"un məlumatına görə, ittiham saxta sənədlərin hazırlanması və vergilərin ödənilməməsi ilə bağlıdır.

Yerli prokurorluqdan bildirilib ki, qanunsuzluq 2006-cı ildən 2013-cü ilə qədər olan dövrü əhatə edir və 23 yaşlı hücumçunun Braziliya "Santos"undan "Barselona"ya keçidi zamanı baş verib.

Qeyd edək ki, Neymar fevralın 2-də Madriddə İspaniya Milli Məhkəməsində ifadə verib. 

Son xəbərlər

Orphus sistemi