Braziliya Amerika Kubokunun finalında Peruya qalib gəlib

Braziliya Amerika Kubokunun finalında Peruya qalib gəlib Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.
Futbol
8 İyul , 2019 02:16
Braziliya Amerika Kubokunun finalında Peruya qalib gəlib

Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda Braziliya və Peru yığmaları üz-üzə gəlib. Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 15-ci dəqiqədə Everton açıb. 44-cü dəqiqədə Paolo Gerrero penaltidən bərabərlik qolunu vurub. 45+3-cü dəqiqədə Qabriel Jezus yenidən Braziliyanı önə çıxarıb.

O, 70-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoysa da, Braziliya millisi 88-ci dəqiqədə Rişarlisonun penalti qolu ilə yekun nəticəni müəyyənləşdirib.

Bununla da Braziliya millisi tarixində 9-cu dəfə Amerika Kubokuna sahib olub.

Son xəbərlər

Orphus sistemi