Yuxarı

Bosniya və Herseqovina yığmasının baş məşqçisi ilə müqavilə uzadılıb

Qarabağ və Qəbələnin oyunçuları millidə yenə Mehmed Bajdareviçin rəhbərliyi altında çıxış edəcəklər

Bakı. 22 dekabr. REPORT.AZ/ Bosniya və Herseqovinanın futbol üzrə milli komandasının baş məşqçisi Mehmed Bajdareviç 2018-ci ilədək vəzifəsində qalacaq. "Report"un məlumatına görə, 55 yaşlı mütəxəssis ölkənin Futbol Federasiyası ilə qarşıdakı seçmə tsiklin sonunadək müqaviləsini uzadıb. 

Bajdareviç millidə 2014-cü ilin dekabrından çalışır. 

Qeyd edək ki, Bosniya və Herseqovina milli komandasında Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu forma geyinir. Bunlar "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin hücumçusu Ermin Zetsdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi