"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb

"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb Almaniyanın Borussiya (Mönhenqladbax) futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
10 Aprel , 2019 17:28
Borussiya klubu yeni baş məşqçisini açıqlayıb

Almaniyanın "Borussiya" (Mönhenqladbax) futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv yeni mövsümdən hazırda Avstriya "Zaltsburq"una rəhbərlik edən Marko Rozeyə həvalə olunacaq. 43 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb. Almaniyalı baş məşqçi yeni postunda Diter Hekkinqi əvəzləyəcək.

"Borussiya" daha öncə Hekkinqin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Marko Roze 2017-ci ildən "Zaltsburq"a rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi