​"Borussiya" -"Qəbələ" matçında görünən Ermənistan bayrağı dərhal yığışdırılıb

​"Borussiya" -"Qəbələ" matçında görünən Ermənistan bayrağı dərhal yığışdırılıb Matçı 100-dək azərbaycanlı fanat izləyir
Futbol
5 Noyabr , 2015 23:44
​Borussiya -Qəbələ matçında görünən Ermənistan bayrağı dərhal yığışdırılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərinin BVB stadionunda keçirilən "Borussiya" - "Qəbələ" matçını azərbaycanlı azarkeşlər də izləyir.

"Report"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, qonaq komanda üçün ayrılmış sektorda 100-dək fanat yer alıb.

Onlar əllərində Azərbaycan bayrağı tutmaqdan əlavə, tribunaya böyük Türkiyə bayrağı da səriblər. Amma həmin tərəfdarların səsi çoxsaylı yerli publikanın mahnı sədaları altında eşidilməz olub.

Bundan başqa, oyunun əvvəlində sektorlardan birində Ermənistan bayrağı görünüb. Amma həmin bayraq dərhal yığışdırılıb.

Qeyd edək ki, oyunda hesab 4:0 "Borussiya"nın xeyrinədir.

Son xəbərlər

Orphus sistemi