Yuxarı

"Borussiya" klubu Türkiyə yığmasının futbolçusunu transfer edib

19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb

Bakı. 7 iyun. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərini təmsil edən "Borussiya" klubu türkiyəli futbolçu Emre Morun transferini rəsmən açıqlayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər 5 illik müqaviləyə qol çəkib.

19 yaşlı yarımmüdafiəçi klub saytına açıqlamasında Dormund təmsilçisinə keçidindən məmnun olduğunu və böyük həvəslə yeni komandasının heyətində ilk oyuna çıxacağı günü səbirsizliklə gözlədiyini deyib.

Qeyd edək ki, Emre Mor Danimarkanın "Norşellan" klubunda çıxış edib. O, Türkiyə milli komandasının heyətində AVRO-2016-da çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi