Bolqarıstanlı legioner: "Azərbaycan Premyer Liqasında içki və rejimə əməl etməmək sarıdan problem yoxdur"

Bolqarıstanlı legioner: "Azərbaycan Premyer Liqasında içki və rejimə əməl etməmək sarıdan problem yoxdur" Enyo Krastovçev AZAL və "İnter"lə bağlı qeyri-adi faktlar açıqlayıb
Futbol
10 May , 2017 14:19
Bolqarıstanlı legioner: Azərbaycan Premyer Liqasında içki və rejimə əməl etməmək sarıdan problem yoxdur

Bakı. 10 may. REPORT.AZ/ Bakının AZAL və "İnter" klublarının sabiq futbolçusu Enyo Krastovçev Azərbaycan karyerası barədə danışıb. 

"Report"un məlumatına görə, bolqarıstanlı hücumçu "topsport.bg" saytına müsahibəsində "təyyarəçilər"in heyətinə formada olmadan qoşulduğunu bildirib.

O deyib ki, "Levski"ni tərk etdikdən sonra yarım il klubsuz qalıb. Nəticədə çəkisi bir neçə kiloqram artıb. E.Krastovçevin sözlərinə görə, AZAL-a çox pis vəziyyətdə olduğu vaxt keçib: "Mən iki dəfə məşq etdim. Dərhal ayaq əzələlərimdə ağrılar başladı. Amma onlar mənə müqavilə təklif etdilər. Çünki Ukrayna "Volın"ı ilə matçda çətinliklə oynasam da, qol vurmuşdum. Müqavilə bağladıqdan sonra həmyerlim Robert Petrovla eyni komandada yer aldım".

33 yaşlı forvard "İnter"də daha böyük məbləğdə əmək haqqı aldığını söyləyib. O, Azərbaycan Premyer Liqasının özəlliyindən də söz açıb: "Bu, yeganə turnirdir ki, klub rəhbərləri, məşqçilər və menecerlər içmək və rejimi əməl etməmək sarıdan problem görmürlər. Onlar çərimə kəsmir, hansısa cəza tədbirinə əl atmırlar".

Qeyd edək ki, Enyo Krastovçev 2010-2011 mövsümünün ikinci yarısında AZAL-da, 2011-2012 mövsümündə isə "İnter"də forma geyinib. O, iki komandada üst-üstə 3 qol vurub. 

Son xəbərlər

Orphus sistemi