Yuxarı

Bolqarıstanda danışılmış oyunların təşkili ilə məşğul olan 9 nəfər həbs edilib

Onlardan 3-ü futbolçudur

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Bolqarıstan çempionatında danışılmış oyunların təşkili ilə məşğul olan 9 nəfər həbs olunub. "Report"un Bolqarıstan Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, daha çox Plovdiv "Lokomotiv"inin ötənilki oyunları şübhə doğurub.

Saxlanılanlar arasında Sofiya MOİK-inin müdafiəçisi Aleksandr Tunçev, "Lokomotiv"in hücumçusu Martin Kamburov və "Çerno More"nin arxa xətt oyunçusu Kiril Kotev də var.

Qeyd edək ki, Bolqarıstan Cinayət Məcəlləsinə görə, danışılmış oyun təşkilinə cəhd cinayət sayılır və maksimum 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi