Bolqarıstan hökuməti ölkənin Futbol İttifaqına ultimatum verib

Bolqarıstan hökuməti ölkənin Futbol İttifaqına ultimatum verib Bolqarıstan hökuməti yerli Futbol İttifaqına (BFS) ultimatum verib.
Futbol
15 Oktyabr , 2019 12:15
Bolqarıstan hökuməti ölkənin Futbol İttifaqına ultimatum verib

Bolqarıstan hökuməti yerli Futbol İttifaqına (BFS) ultimatum verib.

“Report” “Kanal 3”ə istinadən xəbər verir ki, ölkənin gənclər və idman naziri Krasen Kralyov təşkil olunan brifinqdə qurumun prezidenti Borislav Mixaylovun istefasını tələb edib. O, Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsində evdə İngiltərə yığmasına 0:6 hesabı ilə uduzduğu görüşdə yerli azarkeşlərin irqçi davranışlara yol vermələrini səbəb göstərib.

Kralyovun sözlərinə görə, bununla bağlı ölkənin baş naziri Boyko Borisov göstəriş verib: “Dünənki hadisələri nəzərə alaraq, baş nazir Boyko Borisov BFS prezidenti Borislav Mixaylovun istefasına qədər qurumla əlaqələri, o cümlədən maliyyəni dayandırmağı əmr etdi. Mixaylovun istefasını təkcə dünənki hadisələrə görə deyil, Bolqarıstan futbolunun hazırkı vəziyyətinə görə istəyirik. Artıq dövlət bu cür davranışlara göz yuma bilməz”.

Mixaylov BFS-ə 2005-ci ildən rəhbərlik edir. O, ötən il növbəti 5 il müddətinə prezident postuna təkrar seçilib.

Qeyd edək ki, FIFA-nın Nizamnaməsinə əsasən, hökumət milli assosiasiyanın işlərinə müdaxilə edə bilməz. Bolqarıstan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 7 oyundan 3 xalla sonuncu yerdədir.

Son xəbərlər

Orphus sistemi