"Boavişta"nın baş məşqçisi: "Kamran Ağayev düzgün qərar qəbul etmədi"

"Boavişta"nın baş məşqçisi: "Kamran Ağayev düzgün qərar qəbul etmədi" "Kamranın səhvi zədəsi ilə bağlı deyildi"
Futbol
6 Dekabr , 2016 14:10
Boaviştanın baş məşqçisi: Kamran Ağayev düzgün qərar qəbul etmədi

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin çıxış etdiyi Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Migel Leal komandasının ölkə çempionatındakı son çıxışından danışıb. 

"Report"un məlumatına görə, baş məşqçi "Pasuş de Ferreyra" ilə səfər matçında qeydə alınan 1:2 hesablı məğlubiyyətdə Ağayevi də günahkar sayıb.

M.Leal təcrübəli qolkiperin buraxdığı ilk qoldakı səhvini zədə ilə əlaqələndirməyib: "Düşünürəm ki, bu səhv zədə ilə əlaqəli deyil. Ağayev düzgün qərar qəbul etmədi. Belə səhv hər birimizin başına gələ bilər. Zədəsi səbəbindən oynaması sual altında idi. Amma o, matça böyük istəklə çıxdı. Buna görə də Kamrana təşəkkür etməliyik". 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Boavişta" 12 oyundan 13 xalla 13-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi