Yuxarı

"Neftçi" klubu Avropa Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-6

"Bney Yehuda" və "Neftçi" komandaları arasında oyunda hesab açılıb
© Foto: "Report"

"Neftçi" klubu İsraildə "Bney Yehuda" ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

"Report"un matça ezam olunmuş əməkdaşı xəbər verir ki, Petar Tikvadakı Ha Moşava stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qolları Dor Yan və Tambi Saqas vurub.

Yerli komandanın baş məşqçisi Jozef Abuksis Bakıdakı ilk oyunla müqayisədə start heyətdə heç bir dəyişiklik etməyib. Onun "Neftçi"dəki həmkarı Roberto Bordin isə müdafiənin mərkəzində Voislav Stankoviçi Mamadu Mbocla, Vangelis Platellası isə Mamadu Kane ilə əvəzləyib. 11500 tamaşaçı tutumuna malik stadionun yarısının belə dolmadığı görüşdə "ağ-qaralar"ı 100-dək azərbaycanlı fanat da dəstəkləyib.

Görüş "Neftçi"nin hücumları ilə başlayıb, "Bney Yehuda" isə əks-hücum taktikasına yenə sadiq qalıb. Müdafiədə etibarlı çıxış edən meydan sahibləri irəli atılarkən, daha kəskin təsir bağışlayıb. Azərbaycan təmsilçisinin qapısı qarşısında ilk həyəcan təbili 14-cü dəqiqədə çalınıb. Cinah asmasından sonra Məhəmməd Qədirin baş zərbəsi qapıdan azacıq yan keçib. Əvəzində cəmi bir dəqiqə sonra oxşar hücumda "Neftçi"nin qapı qarşısına ötürməsini Dor Yan dəqiq zərbə ilə tamamlayıb.

Bu qoldan sonra flaqman yenə ərazi üstünlüyünə malik olub. Lakin hücumlar təsirsizliyi ilə seçilib. İkinci hissəyə isə Bordin dəyişikliklə başlayıb. O, Mamadu Kanenin əvəzinə Rəhman Hacıyevi buraxıb. 63-cü dəqiqədə Ömər Buludov yerini Baqali Daboya verib. Bu addımlar hücumların kəsərini nisbətən artırsa da, qolu yenə "Bney Yehuda" vurub. Bu dəfə isə əks-hücumda nəzarətsiz qalan Tambi Saqas qapıçı Səlahət Ağayevi məyus edib.

81-ci dəqiqədə "Neftçi"nin baş məşqçisi hücum xəttində son dəyişikliyi də gerçəkləşdirib: Dario Frederikonu Vangelis Platellas əvəzləyib. Bundan sonra "Neftçi" İsrail komandasının qapısına doğru hücumlarını effektivləşdirməyə çalışıb. Belə hücumlar uzatma dəqiqələrində bəhrəsini verib. Əllə oyuna görə təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Lakin bu qol təsəllidən başqa bir şey olmayıb.

Beləliklə, "Neftçi" Bakıda eyni hesabla geri düşdüyü matçdan fərqli olaraq, bu dəfə geridönüş edə bilməyib. "Bney Yehuda"ya səfərdə 1:2 hesabı ilə uduzan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırıb.


***22:21

"Bney Yehuda" "Neftçi" ilə oyunda hesab arasındakı fərqi artırıb.

"Report" xəbər verir ki, Tambi Saqas qarşılaşmada komandasının ikinci qolunu vurub - Bney Yehuda" - "Neftçi" - 2:0.   


***22:00

İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn "Bney Yehuda" - "Neftçi" oyununun ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - "Bney Yehuda" - "Neftçi" - 1:0.

Qarşılaşmanın baş hakimi Daniele Doveridir. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edirlər.


***21:46

İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn "Bney Yehuda" və "Neftçi" komandaları arasında oyunun birinci hissəsi başa çatıb. 

"Report" xəbər verir ki, qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - "Bney Yehuda" - "Neftçi" - 1:0.

Qarşılaşmanın baş hakimi Daniele Doveridir. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edirlər.


 ***21:15

İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn "Bney Yehuda" və "Neftçi" komandaları arasında oyunda hesab açılıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində meydan sahiblərinin heyətində Dor Yan hesabı açıb. "Bney Yehuda" - "Neftçi" - 1:0.

Qarşılaşmanın baş hakimi Daniele Doveridir. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edirlər.


***21:02

İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn "Bney Yehuda" və "Neftçi" komandaları arasında oyun başlayıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar:

"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Din Mori (K.), 5. Daniel Felçer, 6. Amir Rustom, 8. Şay Mazor, 9. Dor Yan, 11. Mohammed Qadir, 16. Avişay Koen, 19. İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi

"Neftçi": 1. Səlahət Ağayev, 3. Mamadu Mboc, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (K), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi