Yuxarı
    Bağlamaq

    Yozef Blatter: "Məndən xahiş etsələr də prezident olmayacam"

    Sürixdə FİFA İcraiyyə Komitəsinin növbədənkənar toplantısı keçiriləcək

    Bakı. 9 iyul. REPORT.AZ/ "Hətta, FİFA-nın konqresi vəzifədə qalmağımı xahiş etsə də, mən bu postda qalmayacağam". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti vəzifəsindən istefa vermiş Yozef Blatter bildirib.

    Məlumata görə, iyulun 20-də Sürixdə FİFA-nın yeni rəhbərinin seçilməsi tarixini təyin etmək üçün qurumun İcraiyyə Komitəsinin növbədənkənar toplantısı keçiriləcək.

    Xatırladaq ki, o, bu il mayın 29-da yenidən FİFA-nın prezidenti seçilib. Ancaq korrupsiya qalmaqalına görə, seçiləndən 4 gün sonra istefa verib.

    Qeyd edək ki, bu il mayın 27-də ABŞ ədliyyə qurumunun müraciəti əsasında Sürix polisi FİFA-nın 14 keçmiş və hazırda fəaliyyətdə olan futbol funksionerini, o cümlədən Cefferi Uebbi həbs edib. ABŞ Ədliyyə Nazirliyinin hesablamasına əsasən, son 24 ildə həmin məmurlar 150 milyon dollara yaxın rüşvət alıblar.

    Bu ilin mayında FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri "DÇ-2018" (Rusiya) və "DÇ-2020"-yə (Qətər) ev sahibi seçilməsində ehtimal olunan korrupsiya məsələsidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi