Beyl "Real"ın bombardirləri siyahısında Ronaldoya çatıb

Beyl "Real"ın bombardirləri siyahısında Ronaldoya çatıb Madridin Real klubunun hücumçusu Qaret Beyl futbol üzrə İspaniya Primerosunun III turunda Vilyarreal ilə səfər matçında dublunu (2:2) rəsmiləşdirib.
Futbol
2 Sentyabr , 2019 03:57
Beyl Realın bombardirləri siyahısında Ronaldoya çatıb

Madridin "Real" klubunun hücumçusu Qaret Beyl futbol üzrə İspaniya Primerosunun III turunda "Vilyarreal" ilə səfər matçında dublunu (2:2) rəsmiləşdirib.

“Report” xəbər verir ki, 30 yaşlı valliyalı üçün bu qollar "qaymaqlar"ın heyətində 103 və 104-cü olub.

Forvard bu göstəriciyə görə məşhur braziliyalı Ronaldoya çatıb və indi klubun legionerlər arasında ən yaxşı bombardirləri siyahısında 7-ci yeri bölüşür.

"Real" tarixində ən yaxşı legioner bombardirlər

1. Kriştianu Ronaldu — 450 qol

2. Alfredo Di Stefano — 308

3. Ferents Puşkaş — 241

4. Kərim Benzema — 224

5. Uqo Sançes — 208

6. Qonsalo İquain — 121

7. Ronaldo, Qaret Beyl — 104.

Beyl 2013-cü ildən "Real"ın şərəfini qoruyur. Onun komanda ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi