Bakı. 3 mart. REPORT.AZ/ "Fənərbağça" klubu Türkiyə Super Liqasında doğma meydanda "Rizespor"la üz-üzə gəlib.
"Report" xəbər verir ki, uğursuz mövsüm keçirən İstanbul təmsilçisi çətin qələbə qazanıb.
Ersun Yanalın baş məşqçisi olduğu kollektiv rəqibini 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 28-ə yüksəldən "Fənərbağça" 14-cü pillədə qərarlaşıb. Eyni xala malik olan "Rizespor" isə 13-cü yerdədir.
***19:32
Bakı. 2 mart. REPORT.AZ/ "Beşiktaş" Türkiyə Super Liqasında növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, İstanbul təmsilçisi 24-cü turda səfərdə "Kayserispor"la üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qara qartallar" 38-ci dəqiqədə Atiba Hatçinsonun qolu ilə hesabı açıb.
Meydan sahibləri 58-ci dəqiqədə Artem Kravets və 62 ci dəqiqədə Deniz Türüçün qolları ilə hesabı öz xeyirlərinə dəyişib. 90+1 dəqiqədə isə Caner Erkin fərqlənməklə "Beşiktaş"ı məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, "Beşiktaş" turnir cədvəlində 41 xalla üçüncü, "Kayserispor" isə 32 xalla yeddincidir.