Yuxarı

​"Beşiktaş" Rikardo Quarejmanı yenidən heyətinə cəlb edib

Portuqaliyalı futbolçu ilə üçillik müqavilə imzalanıb

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" futbol klubu portuqaliyalı futbolçu Rikardo Quarejmanı yenidən heyətinə cəlb edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, üçillik müqaviləyə imza atan 31 yaşlı futbolçunun transferi məsələsində özü və klubu "Porto" ilə razılıq əldə olunub.

Məlumatda Rikardo Quarejmaya ilk iki il üçün 3 milyon 368 min avro zəmanət pulu ödənəcəyi, "Porto"ya da bonservis əvəzi olaraq 1 milyon 200 min avro veriləcəyi qeyd edilib.

Eyni zamanda məlumatda portuqaliyalı futbolçunun 2016-2017-ci il futbol mövsümündə ən azı 30 rəsmi oyunda iştirak etməsi vəziyyətində 2017-2018-ci il futbol mövsümü üçün 1 milyon 768 min avro alacağı bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi