"Beşiktaş" klubu yeni transferini rəsmən açıqlayıb

"Beşiktaş" klubu yeni transferini rəsmən açıqlayıb Futbolçu yeni komandasında icarə əsasında çıxış edəcək
Futbol
26 Yanvar , 2017 15:51
Beşiktaş klubu yeni transferini rəsmən açıqlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu Ersan Adem Gülümü transfer etdiyini rəsmən açıqlayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı müdafiəçinin keçidi üçün Çinin "Hebey Çin" klubuna transfer məbləği ödənilməyəcək.

Futbolçu İstanbul təmsilçisində icarə əsasında çıxış edəcək.

O, mövsümün geri qalan hissəsi üçün 400 min avro alacaq. Komandanın qazanacağı xallara görə futbolçuya əlavə məbləğ ödənilməyəcək.

Qeyd edək ki, Ersan Gülüm artıq bir dəfə "Beşiktaş"da çıxış edib. O, 2010-2016-cı illərdə İstanbul klubunun uğurları üçün çalışıb və daha sonra Çinin "Hebey Çin" komandasına transfer olunub.

Son xəbərlər

Orphus sistemi