Yuxarı
    Bağlamaq

    ​"Beşiktaş" klubu "Çelsi"nin futbolçusunu transfer edib

    Futbolçu icarə əsasında çıxış edəcək

    Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu İngiltərə "Çelsi"sinin futbolçusu Kennet Omeruo ilə anlaşıb.

    "Report"un məlumatına görə, nigeriyalı müdafiəçi icarə əsasında "qartallar"ın formasını geyinəcək.

    İcarə müddətinin bir il olduğu bildirilir. Bu müddət ərzində 22 yaşlı futbolçu 700 min avro qazanacaq. Omeruo tezliklə İstanbula gələrək tibbi müayinədən keçəcək.

    Qeyd edək ki, Omeruo 2012-ci ildə Hollandiyanın "Den Haaq" klubundan "Çelsi"yə transfer olub. O, icarə əsasında "Den Haaq" (2012/2013), "Middlsbrou" (2014/2015), "Kasımpaşa" (2015/2016) klublarında çıxış edib. Futbolçunun "zadəganlar"la müqaviləsi 2017-ci ildə başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi