Yuxarı

"Beşiktaş"ın yeni stadionunda bütün oturacaqlara monitorlar quraşdırılıb

Arenanın tikintisinə 113 milyon avro sərf olunub

Tərtər. 14 aprel. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" futbol komandasının yeni stadionundakı oturacaqlar ekranlarla təchiz olunub. "Report"un "Football Tweet"ə istinadən verdiyi məlumata görə, ekranlar stadionun tribunalarındakı bütün oturacaqların çiyinliklərində quraşdırılıb. 

Monitorlarda klubun matçına önəmli epizodların videotəkrarı ilə birgə baxmaq mümkün olacaq. Habelə, bütün tamaşaçılar pulsuz "Wi-Fi" girişinə malik olacaqlar. 

43 min tamaşaçı tutumuna malik yeni stadiona "Vodafone Arena" adı verilib. İnşaat işlərinə 113 milyon avro sərf olunub. 

Qeyd edək ki, "Beşiktaş" "Vodafone Arena"da ilk matçını aprelin 11-də "Bursaspor"a qarşı keçirib. Türkiyə Super Liqasında XXVIII turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi