Yuxarı

​"Beşiktaş"ın futbolçusuna silahlı hücum olub

Futbolçu və dostu ərazidən uzaqlaşdırılıb

Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Gökhan Töre növbəti qalmaqalla gündəmə gəlib. 

"Report"un məlumatına görə, dostu ilə Bodrumda istirahət edən futbolçu avto dayanacaqda onun şəklini çəkmək istəyən şəxslə mübahisə edib. Sonra mübahisə davaya çevrilib və qarşı tərəf üzərində gəzdirdiyi silahı çıxararaq Törəyə hədə-qorxu gəlib. Hadisəyə kənar şəxslərin müdaxiləsi nəticəsində futbolçu və dostu ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, Gökan Töre bir müddət əvvəl İstanbulda gecə klublarının birində dava edib və silahla yaralanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi