“Beşiktaş” Hollandiya yığmasının futbolçusunu transfer edib

“Beşiktaş” Hollandiya yığmasının futbolçusunu transfer edib Cermeyn Lens üçün İngiltərənin “Sanderlend” klubuna 5 milyon avro ödənilib
Futbol
3 Avqust , 2017 14:49
“Beşiktaş” Hollandiya yığmasının futbolçusunu transfer edib

Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyənin “Beşiktaş” klubu Hollandiya yığmasının futbolçusu Cermeyn Lensi transfer edib. “Report” “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı hücumçu üçün İngiltərənin “Sanderlend” klubuna 5 milyon avro ödəyib.

“Beşiktaş”ın əcnəbi oyunçu ilə 5 illik müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, Cermeyn Lens ötən mövsüm icarə əsasında digər İstanbul klubu “Fənərbağça”nın formasını geyinib və iştirak etdiyi 36 matçda 4 qol vurub. O, daha əvvəl Hollandiyanın “Alkmaar”, “Niymigen”, PSV komandalarının və Kiyev “Dinamo”sunun şərəfini qoruyub. Hollandiya yığmasının heyətində 34 oyuna çıxan hücumçu 8 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi