Yuxarı

"Beşiktaş" futbolçuları çempion olsalar mükafat alacaqlar

Mükafatın məbləği 1,5 milyon dollardır

Bakı. 9 may. REPORT.AZ/ Türkiyə Super Liqasında çempionluq mübarizəsini davam etdirən "Beşiktaş" klubunun futbolçularına mükafat vəd edilib. "Report"un "Fotomaç"a istinadən verdiyi məlumata görə, mükafatın məbləği 1.5 milyon dollardır.

Futbolçular mükafatı yalnız Türkiyə çempionu olacaqları təqdirdə ala biləcəklər. Belə olan halda komanda Çempionlar Liqasına vəsiqə qazanacaq. Bu da klub üçün UEFA-nın verəcəyi əlavə gəlir deməkdir.

Qeyd edək ki, 30 turdan sonra bir oyun az keçirən "Beşiktaş" 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi