Yuxarı

Berti Foqts Seneqal yığmasının baş məşqçisi ola bilər

Onun meneceri federasiyaya müraciət edib

Bakı. 28 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Seneqal yığmasının baş məşqçi postuna namizədlər sırasına düşüb. "Report"un "Afrik-foot"a istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssisin meneceri Folker Mayer Seneqal Futbol Federasiyasının qapısını döyüb.

B.Foqtsdan başqa bu addımı fransalı Valerian İsmael, eləcə də almaniyalı Mixael Önninq və Uve Resler də F.Mayerin köməyinə bel bağlayıb. Ümumilikdə isə 13 mütəxəssis istefaya göndərilmiş Alen Jiressi əvəzləməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Seneqal millisinin baş məşqçi postu Alen Jiressin ötən ay istefaya göndərilməsindən sonra boşalıb. O, Afrika Millətlər Kubokunda yığmanın 9-cu pillə ilə kifayətlənməsi səbəbindən qovulub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi