Suriya yığmasının baş məşqçisi Asiya Kubokunun gedişində istefaya göndərilib

Suriya yığmasının baş məşqçisi Asiya Kubokunun gedişində istefaya göndərilib O, 2018-ci ilin fevralından tutduğu postu Fəcr İbrahimə təhvil verib.
Futbol
11 Yanvar , 2019 10:16
Suriya yığmasının baş məşqçisi Asiya Kubokunun gedişində istefaya göndərilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Suriya milli komandasının baş məşqçisi Bernd Ştange hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Asiya Kubokunun gedişində istefaya göndərilib.

"Report"un məlumatına görə, bu barədə Suriya Ərəb Futbol Federasiyası (FASF) qərar qəbul edib. Almaniyalı mütəxəssis İordaniyaya 0:2 hesabı ilə uduzduları qrup mərhələsinin oyunundan sonra qovulub. O, 2018-ci ilin fevralından tutduğu postu Fəcr İbrahimə təhvil verib.

Yanvarın 15-də Suriya yığması yarışın son qalibi Avstraliya ilə üz-üzə gələcək. Ştangenin rəhbərliyi altında ilk turun oyununda Fələstinlə heç-heçə qeydə alınıb - 0:0. Hazırda 1 xalı olan Suriya qrupda 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvarın 5-də start götürən sayca 17-ci Asiya Kubokunda 24 ölkə mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi