Tanınmış veteran futbolçu zorakılıqda ittiham olunur

Tanınmış veteran futbolçu zorakılıqda ittiham olunur Bakı. 3 yanvar. REPORT.AZ/ Uels yığmasının və İngiltərənin Liverpul klubunun sabiq futbolçusu Kreyq Bellami Kardiff Sitinin U-18 komandasının baş məşqçisi postundan müvəqqəti uzaqlaşdırılıb.
Futbol
3 Yanvar , 2019 16:16
Tanınmış veteran futbolçu zorakılıqda ittiham olunur

Bakı. 3 yanvar. REPORT.AZ/ Uels yığmasının və İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Kreyq Bellami "Kardiff Siti"nin U-18 komandasının baş məşqçisi postundan müvəqqəti uzaqlaşdırılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, buna səbəb 40 yaşlı sabiq hücumçunun oyunçulara qarşı zorakılıqda ittiham olunmasıdır. İddiaya görə, K.Bellami gənc futbolçuların bir ilə aqressiv davranıb və onu qorxudub. Həmin futbolçu komandadan ayrılsa da, klub bu məsələ ilə bağlı daxili araşdırma aparmağa qərar verib.

Uelsli məşqçi isə, öz növbəsində, ittihamı rədd edib.

Qeyd edək ki, Uels yığması 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

Son xəbərlər

Orphus sistemi