Yuxarı

Belçika klubunun Avropa Liqasındakı ev oyununa azarkeş buraxılmayacaq

Brügge - Napoli matçı terror təhlükəsi ilə əlaqədar boş tribunalar önündə keçiriləcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında Belçikanın "Brügge" və İtaliyanın "Napoli" komandaları arasında noyabrın 26-da keçiriləcək V tur matçına azarkeş buraxılmayacaq. "Report"un məlumatına görə, bu barədə "Brügge" rəhbərliyi qərar qəbul edib. 

Səbəb kimi ölkədə terror aktları təhlükəsi göstərilib. Öncədən matçda yalnız qonaq komanda azarkeşlərinin olmaması planlaşdırılırdı. Lakin sonradan Belçika hökuməti oyuna yerli fanatların da girişini qadağan edib. 

Qeyd edək ki, oyunun keçiriləcəyi "Yan Breydel" stadionu 29 min tamaşaçı tutumuna malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi