Yuxarı
    Bağlamaq

    Bəhmən Həsənov: "Rəvan"ın I Diviziondan kənarlaşdırılacağını bilirdim"

    Danışılmış oyunlarda iştirak səbəbindən belə qərar veriləcəyi ağlıma gəlməmişdi

    Bakı. 16 mart. REPORT.AZ/ "Mən tutduğum vəzifədən 10 gün əvvəl istefaya getmişdim. Oğlumun səhhətindəki problemlərlə əlaqədar belə qərar vermişdim. Keçmiş komandamın çempionatdan kənarlaşdırıldığını az əvvəl eşitdim". 

    Bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsinin qərarı ilə Azərbaycan I Divizionundan kənarlaşdırılmış Bakının "Rəvan" klubunun sabiq baş məşqçisi Bəhmən Həsənov deyib. Təcrübəli mütəxəssis qərarı təəssüflə qarşıladığını bildirib: "Bu, heç də yaxşı hal deyil, çox pis dəyərləndirirəm. Mən buna inanmıram. Keçmiş futbolçulara borcumuzun ödənilməyəcəyi halda aşağı liqaya göndəriləcəyimizi bilirdim. Amma danışılmış oyunlarda iştirak səbəbindən belə qərar veriləcəyi ağlıma gəlməmişdi". 

    B.Həsənov qış fasiləsindən sonra cəmi 2 oyunda - "Turan Tovuz"la "Zaqatala"ya uduzduqlarını söyləyərək, bunları yol yorğunluğu ilə əlaqələndirib. Onun fikrincə, II dövrədə danışılmış oyunda iştirakları mümkün deyil: "Çünki qış fasiləsində heyəti gücləndirmişdik. Ağır oyunlardan qalib ayrılmışıq. Bilmirəm səbəbi nədədir. Ötən gün "Şərurspor" və "Göyəzən" komandalarının adları çəkilib. Amma "Rəvan"ın adı danışılmış oyunlarda hallanmayıb".

    Qeyd edək ki, AFFA İntizam Komitəsi UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor”u I diviziondan kənarlaşdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi