Yuxarı

Bəhlul Mustafazadə: "Şeydayevin “Sabah”a gəlişi üstünlükdür"

​Bəhlul Mustafazadə: "Şeydayevin “Sabah”a gəlişi üstünlükdür"

"İlk dəqiqələrdə azlıqda qalmaq işimizi çətinləşdirdi. Düşünürəm ki, matçı 11 nəfərlə davam etsəydik, qələbə şansımız çox olardı. Fikrimcə, nəticə ədalətli oldu. Bizim də epizodlarımız oldu, amma yekunda ədalətli hesab qeydə alındı".

"Report"un məlumatına görə, bunları "Sabah"ın futbolçusu Bəhlul Mustafazadə evdə "Səbail" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

23 yaşlı müdafiəçi bildirib ki, komanda yoldaşı Yevgeni Koçukun qırmızı vərəqə aldığı epizodu görməyib. Lakin o, digər oyunçuların referinin haqlı olduğunu əlavə edib.

Mustafazadə qış fasiləsindən sonra "Sabah"ın yüksəlişdə olmasının səbəblərindən də danışıb: "Baş məşqçi Jelko Sopiçin istədiklərini artıq daha yaxşı anlayırıq. İlk vaxtlar çətin olurdu. Bir neçə baş məşqçi dəyişmişdik. Təlim-məşq toplanışı keçdik və zamanla Sopiçin istədiklərini qavradıq. Bunu reallaşdırdıqca nəticə də gəldi".

Gənc oyunçunun fikrincə, Azərbaycan millisindəki komanda yoldaşı Ramil Şeydayevin “Sabah”a gəlişi üstünlükdür: "Buna sevinirəm. Onun şəxsi karyerasından danışmaq çətindir. Əlbəttə, xaricdə qalsaydı, özü üçün daha yaxşı olardı. Çünki xaricdə daha çox inkişaf etmək mümkündür. Şeydayev çalışqandır və öz üzərində işləyir. Düşünürəm ki, istədiyi hədəflərə doğru gedə biləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi