Bayıl Məşq Mərkəzinin təqdimatı olub

Bayıl Məşq Mərkəzinin təqdimatı olub Arenada təmir-tikinti işlərindən sonra jurnalistlər üçün ekskursiya təşkil edilib
Futbol
20 Dekabr , 2017 10:26
Bayıl Məşq Mərkəzinin təqdimatı olub
Report/ Elshan Baba

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bayıl Məşq Mərkəzinin təqdimatı olub. "Report" xəbər verir ki, arenada təmir-tikinti işlərindən sonra jurnalistlər üçün ekskursiya təşkil edilib.

İnzibati binanın yeni inşa edilən 3-cü mərtəbəsində 36 nəfər üçün nəzərdə tutulan 16 yataq otağı, yeməkxana və istirahət guşəsi yerləşir.

İkinci mərtəbədə isə camaşırxana və fitnes zalı fəaliyyət göstərir.

Qeyd edək ki, Bayıl Məşq Mərkəzində eyniadlı arenada ev oyunlarını keçirən "Səbail" komandası da məskunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi