"Bayer"in sabiq futbolçusunun avtomobili atəşə tutulub

"Bayer"in sabiq futbolçusunun avtomobili atəşə tutulub Futbolçunun özü xəsarət almayıb
Futbol
8 Yanvar , 2018 21:45
Bayerin sabiq futbolçusunun avtomobili atəşə tutulub

Bakı. 8 yanvar. REPORT.AZ/ "Bayer Leverkuzen" klubunun sabiq yarımmüdafiəçisi, hazırda isə Türkiyənin "Amedspor" kollektivinin şərəfini qoruyan Deniz Nakinin avtomobili Almaniyaya gedən zaman atəşə tutulub.

"Report" BBC-yə istinadən xəbər verir ki, Nakinin avtomobilinə Düren şəhəri yaxınlığında yandan ötüb keçən maşından azı iki dəfə atəş açılıb.

Hadisə zamanı futbolçunun özü xəsarət almayıb. Yerli polis adam öldürməyə qəsd maddəsi üzrə araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi