Yuxarı

​"Bavariya"nın futbolçusu Levandovski 9 dəqiqəyə 5 qol vurub - VİDEO

O, 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə fərqlənib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski 9 dəqiqə ərzində 5 qol vuraraq Bundesliqada rekord müəyyən edib.

"Report" xəbər verir ki, bu, Almaniya çempionatının 6-cı turu çərçivəsində "Volfsburq"a qarşı ev oyununda mümkün olub.

Futbolçu 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə fərqlənməyi bacarıb.

Levandovski Bundesliqa tarixində oyuna əvəzetmə ilə daxil olduqdan sonra 5 qol vuran ilk oyunçu olub. O, görüşün 46-cı dəqiqəsində meydana çıxıb.

Polşalı futbolçu, həmçinin ən tez het-trik (4 dəqiqə) və pokerin (6 dəqiqə) müəllifi olub.

Oyun 5:1 hesabı ilə "Bavariya"nın xeyrinə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi